Tәlim Xan: Mәn dönәrәm, göyül dönmәz!
Nevid Musmir (Nәvid Müsmir)
Söz: “Mərəğeyli (Savalı) Tәlim Xan
Qoşuq kipi (şe`r qalıbı): Gəraylı
Bağdar (Bəstəkar): Nəvid Müsmir
7/8 lik deyiş biçimi (formu),
...
Ay ağalar bu gözəldən,
Mən dönərəm, göyül dönməz,
Sevmişəm ruz-i əzəldən,
Mən dönərəm, göyül dönməz,
Piyâlə içdim sâqidən,
Dili dost, göylü yağıdan,
Sərdə sevdası dağıdan
Mən dönərəm, göyül dönməz,
Piyâlə içdim nəmçədən,
Gülü üzmədim qonçadan,
Sinə mərmər, bel incədən,
Mən dönərəm, göyül dönməz,
Bir pəridən, pərizaddan,
Heç igid düşməsin addan,
“Tәlim” deyir bu cəlladdan,
Mən dönərəm, göyül dönməz
...